İndoneziyalı Quran qarisi `ölüm ayəsi`ni oxuyarkən öldü - VİDEO

İndoneziyalı Quran qarisi `ölüm ayəsi`ni oxuyarkən öldü - VİDEO

İndoneziyanın tanınmış Quran ustadı və peşəkar qiraət üzrə beynəlxalq qarisi Cəfər Əbdür-Rəhman "Mülk" surəsinin audio yazılışını lentə alarkən "ölüm ayəsi"ni oxuyan zaman dünyasını dəyişib.
 
Maide.Az xəbər verir ki, biz heç vaxt bilmirik ki, ölüm nə vaxt sorağımıza gələcək. Quran- Kərimin buyurduğu kimi ölüm bir sirdir ki, təkcə Allah-Taalanın bundan xəbəri vardır.
Necə ki, Cəfər Əbdür-Rəhman –" Mülk" surəsinin tərtil tilavəti ilə audioyazılışını lentə alarkən "ölüm ayəsi"ni, yəni elə "Mülk" surəsinin 2-ci ayəsini
 
الَّذِي خَلَقَ الْمَوْتَ وَالْحَيَاةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا وَهُوَ الْعَزِيزُ الْغَفُورُ
 
“Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı (siz insanlar üçün) yaradan Odur. O, yenilməz qüdrət sahibi və bağışlayandır”.
 
Ki, ölümə işarə edir, oxuyan an gözlənilmədən və qəflətən dünyasını dəyişdi.
 
Onun ölümünün özü tərəfindən ölüm ayəsinin tilavəti ilə üst- üstə düşməsi bu xəbərin sosial şəbəkələrdə geniş müzakirə və yayılmasına səbəb olub. 
Cəfər Əbdür-Rəhmanın ölümü barədə yayılan videoda onun "Mülk" surəsinin 2-ci ayəsini oxuyarkən səsinin tədricən zəifləməsi və huşunu itirməsi müşahidə olunur və bundan neçə dəqiqə sonra isə vəfat edir. 
 
İndoneziyanın tanınmış Quran ustadı, Quran-Kərimin "tərtil tilavəti" və peşəkar qiraəti üzrə beynəlxalq qarisi aprel ayının 25-də dünyasını dəyişib. /

Google+ WhatsApp ok.ru