İndoneziya və Malayziya buddistlərdən canını qurtaran müsəlmanlara 1 illik sığınacaq yeri verdi

Myammarda buddistlərdən qaçan müsəlmanlara İndoneziya və Malayziyada 1 illik yaşamaq üçün yer verilib.
 
Maide.az xəbər verir ki, buddistlərdən qaçan Arakan müsəlmanlarının gələcək taleyi ilə bağlı Malayziyanın paytaxtı Kuala Lumpurda İndoneziya, Malayziya və Tailand rəsmiləri görüşlər keçiriblər.
 
Görüşlərdən sonra qərara alınıb ki, Arakan müsəlmanlarına qarşıdakı 1 il ərzində İndoneziya və Malayziyada yaşamaq üçün yer verilsin. Lakin 1 ildən sonra onlar özlərinə yeni bir ölkə tapmalıdırlar.
 
Malayziyanın xarici işlər naziri Anifah Aman bildirib ki, Arakan müsəlmanlarını daşıyan gəmilərə humanitar yardım edilməsi üçün tapşırıqlar verilib. O həmçinin, məcburi köçkünlərə yardım edilməsi üçün beynəlxalq humanitar təşkilatların da məsələyə diqqət ayırmasını istəyib.
 
Qeyd edək ki, Arakan müsəlmanları yaşadıqları Myammarda həm hökumət, həm də yerli buddist xalq tərəfindən qəbul edilmir, onlara müxtəlif təzyiqlər edilir./

Google+ WhatsApp ok.ru