İndoneziya və Yeni Britaniyada zəlzələ olub

İndoneziya və Yeni Britaniyada zəlzələ olub

İndoneziya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.
 
Maide.Az "Trend"ə istinadla xəbər verir ki,  yeraltı təkanların episentri Ternate şəhərindən 84,5 kilometr şimal-qərbdə, ocağı isə 29 kilometr dərinlikdə yerləşib.
 
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
 
Bundan başqa Papua-Yeni Qvineyanın tərkibinə daxil olan Yeni Britaniya adasında 5,5 bal gücündə zəlzələ baş verib.
 
Yeraltı təkanlar Tarona şəhərindən 103 km. cənub-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 42,3 kilometr dərinlikdə yerləşib. 
 

 

Google+ WhatsApp ok.ru