Neft Daşlarında elektrik montyor yıxılaraq ölüb

Neft Daşlarında elektrik montyor yıxılaraq ölüb

Bu gün saat 16.00 radələrində “Neftqaztikinti” trestinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 5-ci dərəcəli elektrik montyoru Ramil Vahid oglu Yusifov Neft Daşlarında 31 saylı elektrik paylayıcı qurğudan yataqxananın “B” korpusuna kabel xəttinin çəkilişi zamanı kabel körpüsündən yıxılıb.
 
Maide.Az SOCAR-a istinadən xəbər verir ki, montyor aldığı xəsarətdən keçinmişdir.
 
Onun meyiti helikopter vasitəsilə sahilə yola salınmışdır. /

Google+ WhatsApp ok.ru