Neft 252 dollara yüksələ bilər - ABŞ Energetika Nazirliyi

2040-cı ildə neftin barelli 250 dolları keçə bilər.
 
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında İnformasiya İdarəsinin növbəti hesabatında deyilir.
 
Qurum OPEK ölkələri və ona üzv olmayan neft hasil edən ölkələrin yanacağa olan təlabatını nəzərə alaraq, hadisələrin inkişafının 3 ssenarisi işləyib hazırlayıb: müsbət, realist və mənfi.
 
Pozitiv ssenaridə neftin 2040-cı ildə 252 dollara yüksələcəyi, neqativdə barellin 76 dollar təşkil edəcəyi, real rəqəmlərə görə isə 141 dollar olacağı proqnoz edilib.
 
Bununla yanaşı ABŞ Energetika Nazirliyi proqnoz edir ki, Asiyanın, xüsusən Çin və Hindistanın artan iqtisadiyyatı fonunda dünyanın enerji təlabatı 25 il sonra 48 faiz artacaq.
 

Google+ WhatsApp ok.ru