Neftə güvənmək olmaz

Neftə güvənmək olmaz

"Novoye Vremya" qəzetində "Neft Azərbaycan iqtisadiyyatını xilas edə bilmir" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif yazır ki, dünya bazarında neftin bir barreli 50 dollar civarındadır. Qışın bitməsi, ABŞ-da neft hasilatının artması və yeni neft yataqları axtarışına qoyulan qadağaların qaldırılması qiymət artımına imkan vermir.
 
Müəllif neftin qiymətinin 50 dollardan da aşağı düşə biləcəyini istisna etmir.
 
Ekspert İlham Şaban da deyib ki, getdikcə Azərbaycanda hasilat aşağı düşür:
 
"Gələcəkdə isə bizi təbii şəkildə neft hasilatının daha da azalması gözləyir. İstisna edilmir ki, neft hasilatı gündəlik 20 min barrel azalacaq".
 
Ekspert deyib ki, son illər Azərbaycanda iri ehtiyatlara malik bir dənə də olsa yataq kəşf edilməyib. Bu səbəbdən də ölkədə neft hasilatı azalır:
 
"Yataqlar boşalır və 2050-60-cı illərdə Azərbaycanda enerji erasının sonu ola bilər".
 
Yazıda bildirilir ki, ölkə ixracının 90 faizini neft-qaz məhsulları tutur. Müəllifin fikrincə, ölkə iqtisadiyyatının hələ də neftdən asılılığı davam etdiyi halda «qara qızıl»ın qiymətində və hasilatda azalma ağır nəticələr verə bilər.
 
Müəllif hesab edir ki, iqtisadi inkişafı təmin etməkdən ötrü real islahatlar başlanmalıdır. /

Google+ WhatsApp ok.ru