Neftçalada mikroavtobus yük maşınına çırpılıb, 4 nəfər ölüb

Neftçalada mikroavtobus yük maşınına çırpılıb, 4 nəfər ölüb

Ələt-Astara magistral yolunda ölümlə nəticələnən avtoqəza baş verib.
 
Hadisə bu gün səhər saatlarında yeni Ələt-Astara magistral yolunun 85-ci kilometrliyində - Neftçala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
 
“Ford” markalı mikroavtobus qarşıda gedən "Kamaz” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Qəza zamanı 4 nəfər ölüb, daha 2 nəfər yaralanıb. Ölənlərin meyiti müayinə olunması üçün Salyan morquna təhvil verilib. Xəsarət alanlar isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
 
“Ford” markalı mikroavtobus "KaMAZ” markalı yük maşınına çırpılıb. Nəticədə mikroavtobusda olan Yardımlı sakinləri - 1998-ci il təvəllüdlü Yaqubov Cavid Əlizadə oğlu, 1975-ci il təvəllüdlü Məhərrəmov Rövşən Qənbər oğlu, sürücü - 1971-ci il təvəllüdlü Mirzəyev Səlim Müzəffər oğlu və 1991-ci il təvəllüdlü Əliyev Azər Zəfər oğlu hadisə yerində dünyasını dəyişib.  Qəza zamanı yaralanan Yardımlı rayon sakiləri, 1991-ci il təvəllüdlü Şiraz Mürsəl oğlu Hümbətzadə və 1998-ci il təvəllüdlü Çinarə Mehdi qızı Əsgərzadə Cəlilabad rayon xəstəxanasına yerləşdirlib. Onların vəziyyəti orta-ağırdır.
 
Faktla bağlı araşdırma aparılır. /Report /
 

 

Google+ WhatsApp ok.ru