Neft asılılığından necə xilas olaq?

Neft asılılığından necə xilas olaq?

-- ildə 40 milyon ton neft çıxarmaqla bu maksimum 50 ilə çatar, qaz da ...

"Novoye Vremya" qəzetində "Azərbaycan iqtisadiyyatı hələ də neftdən asılıdır" sərlövhəli məqalə diqqət çəkir.
 
Müəllif ölkə iqtisadiyyatının hazırkı vəziyyətini gündəmin müzakirəsinə çıxarır.
 
Müəllif iddia edir ki, artıq ard-arda ikinci ildir ki, iqtisadiyyat geriləyir və hökumət iqtisadi artımın bərpa olunmasını ancaq gələn ilə vəd edir.
 
Yazı müəllifi dediklərinin əsassız olmadığını rəsmi statistik göstəricilərlə möhkəmləndirir. "Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında əsas kapitala 7457,3 milyon manat yönləndirilib, bu da 2017-ci ilin eyni dövrülə müqayisədə 17,9% azalma deməkdir. Azərbaycanda illik iqtisadi artım 0,2% azalıb".
 
Müəllifin sözlərinə görə, son ildə Azərbaycanda adambaşına düşən ÜDM payı 0,7% azalaraq 4 436,3 manat təşkil edib.
 
Həm də hökumətin iqtisadiyyatı birtərəfli olmaqdan çıxarmaq cəhdləri, buna qısa müddətdə nail olmaq istəyi, hələ ki, alınmır və yenə də köməyə neft-qaz gəlir, onun da dünya bazarında qiyməti sabit deyil.
 
Müəllif deyir ki, iqtisadiyyatın qeyri-neft sektorunu dünya enerji bazarında qiymətlər çökənə qədər hərtərəfli inkişaf etdirmək olardı: "Büdcə azlığı, manatın devalvasiyası, neft-qaz gəlirlərinin kəskin azalması şəraitində bunu etmək dəfələrlə çətinləşir. Belə böhranlar həmişə əhalinin gəlirlərinin və istehlakın azalması ilə müşayət olunur, bu isə istehsalın azalmasına gətirir".
 
Müəllifə görə, Azərbaycan iqtisadiyyatının indiki modeli neftdən tam asılıdır və ildə 40 milyon ton neft çıxarmaqla bu maksimum 50 ilə çatar, qaz da 80 illik müdətə bəs edir: "Buna görə artıq dünəndən qeyri-neft sektorunun inkişafına üstünük verilməli idi, əks halda yeni nəsilə miras olaraq verməyə heç nə qalmayacaq. Ona görə də neft-qaza alternativ olacaq sahələri inkişaf etdirmək lazımdır".
 
Müəllifə görə, indi isə neft-qaz sahəsindən gələn gəlirlər qeyri-neft sektorunun inkişafına yönəldilməlidir.
 
Müəllif həm də deyir ki, iqtisadi modelin uğurlu inkişafı üçün Azərbaycanın əmək, torpaq və su ehtiyatları, iqlim şəraiti və əlverişli coğrafi mövqeyi var.
 
Odur ki, iqtisadi sitsemin neftdən aslılığını aradan qaldırmaq üçün onun yenidən qurulmasına başlamaq lazımdır, görünən də budur ki, Azərbaycanda uğurlu iqtisadi modeli reallaşdırmaq üçün neçə illər lazım gələcək.(contact.az)

Google+ WhatsApp ok.ru