Neft bahalaşıb

Neft bahalaşıb

Azeri LT CIF markalı neftin bir barelinin qiyməti 57,14 dollara bərabər olub.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,95 dollar və yaxud 1,69% artıb.
"Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 57,14 dollara bərabər olub.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
 
 
"Brent" markalı neftin qiyməti isə 56 dollara yaxınlaşıb
Belə ki, Şimal dəniz neft qatışığı 1,13 faiz bahalaşıb
Bakı vaxtı ilə 08:19-a olan vəziyyətə görə, Şimal dəniz neft qatışığı olan "Brent" markalı neftin fevral fyuçersləri 1,13 faiz artaraq bir barelə görə 55,55 dollara çatıb.
Bu barədə İnterkontinental birjada keçirilən hərracların nəticələri deməyə əsas verir.
Hərraclar zamanı WTI markalı yüngül neftin qiyməti 0,88 faiz bahalaşıb və bir barel üçün 53,53 dollar təşkil edib. (report) /

Google+ WhatsApp ok.ru