Neftin dəyişən son qiyməti açıqlanıb

Neftin dəyişən son qiyməti açıqlanıb

Dünya birjalarında neft bahalaşıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,06 dollar artaraq 48,02 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,04 dollar artaraq 48,97 dollar olub. (fins.az) 
 
 
Azərbaycan neftinin qiyməti isə 50 dolları ötüb
Azeri LT CIF markalı neftin qiyməti 50,03 dollar/barelə çatıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,34 dollar və yaxud 0,68% artıb.
"Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,03 dollara bərabər olub.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. (report) /
 

Google+ WhatsApp ok.ru