Neftin qiyməti dəyişdi

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 0.06 dollar bahalaşaraq 1 barelə görə 45.09 dollar təşkil edib.
 
Maide.az xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.23 dollar azalaraq 48.09 dollar olub.
 
Qeyd edək ki, ekspertlər bildirir ki, Səudiyyə Ərəbistanının yeni kralı Salman ibn Abdul-Əziz əl-Saudan neft hasilatının əvvəlki həcmini saxlamaq istədiyindən neftin dünya birjalarında qiyməti ucuzlaşır.

Google+ WhatsApp ok.ru