Neftin qiyməti ötən ilin iyulundan etibarən ilk dəfə 57 dolları ötüb

Neftin qiyməti ötən ilin iyulundan etibarən ilk dəfə 57 dolları ötüb

Dünya birjalarında neft kəskin bahalaşıb.
 
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 2,39 dollar artaraq 53,89 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 1 barrelə görə 2,31 artaraq 57,02 dollar olub.
 
Beləliklə, Brent markalı neftin qiyməti 2015-ci ilin iyulun 21-dən etibarın ilk dəfə 57 dollar həddini aşıb.
 
Nefti kəskin bahalaşdıran amil OPEC və qeyri-OPEC ölkələri tərəfindən hasilatın azaldılmasını özündə ehtiva edən razılaşmanın imzalanmasıdır. (apa) /

Google+ WhatsApp ok.ru