Neft istehsalçıları yenidən görüşəcəklər

Maide.az xəbər verir ki, Neft İxrac edən Ölkələr Birliyinə (OPEK) üzv-dövlətlərin görüşü bu il aprelin 17-də Qətərin paytaxtı Dohada keçirilə bilər. Görüşdə iştirak edəcək dövlətlərin sayının hələ məlum olmadığı haqda məlumat yayıb.
 
Qeyd edək ki, bu il fevralın ortalarında Dohada Rusiya və OPEK-ə üzv olan Səudiyyə Ərəbistanı, Qətər, Venesuelanın neft nazirlərinin görüşü olmuşdu. Onlar bazarda “qara qızıl”ın qiymətinin bahalandırılması ilə bağlı danışıqlar aparmışdı. Ancaq həmin görüş nəticəsiz başa çatmışdı.

Google+ WhatsApp ok.ru