Neft qiyməti hara qədər ucuzlaşa bilər?

Neft qiyməti hara qədər ucuzlaşa bilər?

“Azadlıqinfo.az”da “Neft qiyməti hara qədər ucuzlaşa bilər?” sərlövhəli məqalədə müəllif neft bazarındakı vəziyyət və Azərbaycana mümkün təsirləri barədə iqtisadçı-ekspert Məhəmməd Talıblı ilə söhbətləşir.
 
Müəllif öncə ona diqqət çəkir ki, yuxarı neft qiymətləri uzun müddət avtoritar rejimləri gücləndirib, üstəlik belə hökumətlər neft bazarındakı yüksək qiymətləri bazarın gerçəkliyi yox, iqtisadi idarəçiliklərinin uğuru kimi cəmiyyətə sırımağa çalışıblar: “Amma bir balaca neft qiymətlərindəki enişlər zəif iqtisadi konstruksiyaya malik ölkələrdə xarici şoklar yaşatdı”.
 
Ekpert deyir ki, hazırda neftin bir bareli 21 dollardır, bu qiymət sonuncu dəfə 2001-ci ildə özünü göstərib, amma 2011-ci ildə bareli 104 dollar olan bahalı neft bazarı artıq yoxdur.
 
Ekspertin sözlərinə görə, dünyada neftə tələb 75 milyon barelə qədər enib, yəni 25 faiz aşağı düşüb və bu ara neftə tələb 25 faiz enibsə, o zaman neft qiymətlərinin 50 faizdən çox enməsi sualı meydana çıxır.
 
İqtisadçıya görə, neft bazarının əsas oyunçusu olan OPEK üzvlərinin görüşlərində yaranan fikir ayrılıqları da neft qiymətlərinə izsiz keçmir.
 
Ekspert deyir ki, OPEK-in neft hasilatını azaltmaq yolu ilə belə qiyməti qaldıra bilməyəcək, üstəlik neft hasilatını bundan artıq azaltmaq da mümkün deyil. Neftin qiymətinin yüksəlişi hasilatı azaltmaqla yox, istehlakı artıqmaqla mümkün ola bilər. Ona görə də ən azı yaxın 6 ayda neft qiymətləri üçün artım gözləmək çətin olacaq, biz aşağı qiymətli neft iqtisadiyyatına hazır olmalıyıq.
 

Google+ WhatsApp ok.ru