Nemət Pənahlı azadlığa çıxdı

Nemət Pənahlı azadlığa çıxdı

Milli Azadlıq Hərəkatının tanınmış simalarından olan Nemət Pənahlı barəsində keçən ay inzibati qaydada verilmiş 30 sutka inzibati həbs qərarı başa çatdığı üçün o saxlanıldığı Nəsimi rayon polis idarəsindən azadlığa buraxılıb.
 
Nemət Pənahlı oktyabrın 12-də Nəsimi rayon polis idarəsinin 21-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdı. 
 
Bir neçə gün onun yeri haqqında məlumat almaq mümkün olmamışdı. 
 
O, Bakı Apellyasiya Məhkəməsinə 30 sutka həbs qərarından şikayət ərizəsi təqdim etmişdi. Pənahlı Apellyasiya Məhkəməsində çıxışı zamanı həbsinin siyasi sifariş olduğunu bildirmişdi, Apellyasiya Məhkəməsi isə onun 30 sutka inzibati qaydada olan həbs qərarını qüvvədə saxlamışdı. /faktxeber / 
 

Google+ WhatsApp ok.ru