Nemtsov cinayəti açılır: Əhəmiyyətli faktlar üzə çıxdı

Fevralın 27-də paytaxt Moskvada öldürülən müxalif lider Boris Nemtsovun qatillərinin tutulması ilə bəzi məqamlar aydınlaşıb.

Axar.az Rusiya mətbuatına istinadən xəbər verir ki, cinayət zamanı istifadə olunan avtomobil, təhlükəsizlik kameralarına düşən görüntülər və telefon qeydləri aşkar olunub.

Rusiya Federal Təhlükəsizlik Xidmətində olan qaynağın İnterfaks-a verdiyi məlumata görə, çox vacib ip ucları əldə edilib: “Cinayət törədildikdən sonra ilk dəfədir ki, əhəmiyyətli dəlillər aşkar olunub. Avtomobil və şübhəlilərə aid bioloji materiallar əlimizdədir”.

Nemtsovun öldürülməsini sifariş verənlərin Rusiya xaricində olduğunu əminliklə söyləyən qaynaq yaxın vaxtlarda cinayətin tamamilə açılacağını bildirib: “Sifarişi verənlər Rusiya xaricindədir. Bu ehtimal üzərində çalışırq”./

Google+ WhatsApp ok.ru