Nemtsovun sevgilisi onun necə öldürüldüyündən danışdı

Rusiyalı siyasətçi Boris Nemtsov kürəyindən güllələnib, onun sevgilisi, ukraynalı model Anna Duritskayanın anası İnna Mixaylova qızı ilə söhbətdən sonra danışıb.  
 
“Qızım Borisi restoranda gözləyirdi, onlar birgə nahar ediblər və evə getməyə hazırlaşırmışlar. Küçədə Anya taksi çağırmağı məsləhət görsə də, Boris imtina edib və gəzmək istəyib. Onlar küçə ilə (körpü ilə) gedərkən, Anya onun əlindən tutubmuş və bu zaman səs eşidir. Borisin bədəni yumşalır və o yerə yıxılır. Anya çox qorxur və milis çağırmağa başlayır, sonra isə dərhal mənə zəng edir... 
 
O telefonda dedi: ana, Borisi öldürdülər!... Onu kürəyindən vurdular, o yıxıldı və indi yerdə qalıb”, - deyə, İnna Duritskaya “İnterfaks-Ukrayna”ya danışıb.
 
Ananın sözlərinə görə, qızı bütün gecəni onunla əlaqə saxlayıb.
 
“Sonra o mənə zəng etdi və dedi ki, artıq maşındadır və ifadə verməyə gedir. Və bütün gecəni, səhər saat 5-dək onu müxtəlif bölmələrə apararaq, ifadə alıblar”, - deyə, qızın anası bildirib.

Google+ WhatsApp ok.ru