Nepalda 200 dən artıq insan naməlum xəstəliyə yoluxub: Ölənlər var

Nepalda 200 dən artıq insan naməlum xəstəliyə yoluxub: Ölənlər var

Nepalın şimal-qərbində Xumla rayonunda 200-dən artıq insan naməlum xəstəliyə yoluxub. Onlardan artıq 10-u həyatını itirib.
 
Maide.Az "FaktXeber"ə istinadla xəbər verir ki, bu barədə Sinhua agentliyi yerli hökumətə istinadla xəbər verib.
 
Rayon rəhbərliyi bildirib ki, xəstəlik ötən həftədən rayonun bir neçə kəndində yayılıb, əsasən yaşlı və uşaqların həyatına son qoyub.  
 
Hökumət xəstəliklə mübarizə üçün rayon mərkəzindən bir neçə həkim briqadasını kəndlərə təhkim edib.
 

Google+ WhatsApp ok.ru