Netanyahu ilə Sisinin gizli görüşü iddia edilib: Qəzzanı müzakirə ediblər 14 Avqust 2018 01:00 Dünya İşğalçı İsrail rejiminin baş naziri Binyamin Netanyahu ilə Misir prezidenti Abdulfəttah əs-Sisinin paytaxt Qahirədə gizli görüş keçirdikləri iddia edilib. Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki, işğalçı rejimin "Kanal 10" televiziyasının verdiyi xəbərdə, Netanyahu ilə Sisi, Qəzzada uzunmüddətli atəşkəs mövzusunu müzakirə etmək üçün, mayın 22-də gizli görüş keçirib. Netanyahu məsləhətçiləri və xüsusi mühafizəçilərindən ibarət bir qrupla, özəl təyyarə ilə getdiyi Qahirədə bir neçə saat qaldığı və sonra Tel-Əvivə döndüyü bildirildi. Görüşdə ikilinin Qəzzadakı vəziyyət, əsir əskərlər, infrastruktur işlərinin artırılması üçün tədbir görülməsi, atəşkəs, Fələstin rəhbərliyinin Qəzzada rəhbərliyi ələ alması, blokadanın zəiflədilməsi və "yüzilin anlaşması" mövzularını müzakirələr aparıldığı deyilir. Misir və İsrail yetkililəri bu iddialarla bağlı hələ heç bir açıqlama verilməyib. Sisi və Netanyahu daha öncə bir dəfə 2017- ci ilin sentyabr ayında BMT-nin Baş Assambleyası toplantısında ABŞ-ın Nyu York şəhərində görüşüb. Teqlər : #Netanyahu ilə Sisinin gizli görüşü iddia edilib: Qəzzanı müzakirə ediblər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hər gün 21 min insan aclıq səbəbindən dünyasını dəyişir İngilis mütəxəssis: `Trampın siyasəti dünyanı çoxqütblü vəziyyətə doğru aparır`
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO