Netanyahu Trampdan istəyib ki,  Colan təpələrinin işğalını rəsmiyyətə tanısın

Netanyahu Trampdan istəyib ki, Colan təpələrinin işğalını rəsmiyyətə tanısın

 İşğalçı İsrail rejimin baş naziri Binyamin Netanyahu  ABŞ prezidenti Donald Trampdan istəyib ki,  Suriya ərazisində yerləşən Colan təpələrini  işğalçı İsrailin bir parçası kimi rəsmiyyətə tanısın. 
 
Maide.Az xəbər verir ki, sionist İsrail rejimi  1981-ci ildə Suriya ərazisində yerləşən Colan təpələrini işğal etdi və Fələstinin işğal olunmuş ərazilərinə birləşdirdi.  Lakin beynəlxalq ictimaiyyət o  cümlədən  Amerika bu addımı rəsmiyyətə tanımadı. 
 
B.Netanyahu  çərşənbə günü Vaşinqtonda Trampla görüşündə  bu istəyini  dilə gətirib.  Görüşdən sonra Netanyahu deyib ki, ABŞ prezidenti  bu istəyə qarşı xüsusi reaksiya vermədi. 
 
Sionist İsrail rejimi  işğal etdiyi  Colan təpələrində qəsəbələr salıb və bu bölgədən Suriya hökumətinə qarşı hərbi əməliyyatlar və Suriyadakı terrorçulara dəstək üçün istifadə edir. 
 
BMT Təhlükəsizlik Şurası Suriya ərazisində yerləşən  Colan təpələrinə dair işğalçı İsrail rejiminin malikiyyət iddiasını  qəbul etməyib. BMT TŞ-nin  üzvləri  bildiriblər ki, İsrailin  Colan təpələrini zorla ələ keçirməsi səhv addımdır və beynəlxalq qanunlara ziddir. Bu təpələr Suriyaya məxsus ərazilərdir. 
 

Google+ WhatsApp ok.ru