Netanyahu Fələstindəki məscidlərdən səs ucaldıcıları yığışdırmaqla hədələdi

Sionist rejim baş naziri Binyamin Netanyahu işğal olunmuş ərazilərdəki məscidlərdə azanın qadağan etmək bəhanəsi ilə minarələrindən səs ucaldıcıları yığışdırmaqla hədələyib.  
Maide.az xəbər verir ki, o deyib ki, İsraildə məscidlərdəki azan səsinin qarşısını almaq üçün qanun icra oluancaq.  
Fələstinin müftisi Şeyx Məhəmməd Hüseyn Netanyahunun sözlərinə və hədəsinə reaksiya verib və bildirib ki, Fələstin məscidlərindən səslənən “Allahu Əkbər” səsi imandan doğan bir  şüardır və İşğalçı İsrail rejminə qarşı səslənən bir şüar deyil. 
O həmçinin yayımladığı bəyanatda Lahaqa ifratçı yəhudi təşkilatının Qüdsdəki məscid və kiləsələrin yandırılmasına çağırışını tənqid edib. /
 
 

Google+ WhatsApp ok.ru