Netanyahu  hakim qarşısına çıxarıldı

Netanyahu hakim qarşısına çıxarıldı

İsrail rjiminin baş naziri Benyamin Netanyahunun işğal altındakı Qüds məhkəməsində korrupsiya işlərinin araşdırılması prosesi bu gün (5 aprel) onun və ona qarşı ifadə verməli olan şahidlərin iştirakı ilə davam edib.
 
Madie.Az "qudsnet"-ə istinadla xəbər verir ki, Benyamin Netanyahu bu gün keçirilən məhkəmədə hazır olub. 
 
Bu gün prokurorluq tərəfindən məhkəməyə çağırılan şahidlərin sualları və cavabları ilə Netanyahuya qarşı irəli sürülən ittihamların sübut mərhələsinə daxil olunacaq.
Qeyd edək ki, haqqındakı 3 fərqli cinayət hadisəsi üzrə Netanyahu və onun həyat yoldaşı Sara haqqında cinayət işi açılmışdır.
 
İsrail rejiminin baş prokuroru Mandelblit Netanyahu haqqında 4000 nömrəli işdə rüşvət, 1000 və 2000 nömrəli işlərdə isə saxtakarlıq və vəzifədən sui-istifadə ittihamları iddia qaldırıb.
 
Netanyahunun 4000 nömrəli rüşvət işində ortaqlarından biri olan Bezek media holdinqinin rəhbəri Şaul Aloviç də iştirak edir.
 
Eyni zamanda, İsrail rejiminin prezidenti Rovin Rivlin kabineti formalaşdırmaq seçimlərini etmək üçün bu gün rejimin siyasi partiyalarının liderləri ilə görüşməlidir. Bu da, məhkəmə iclasının keçirilməsinin vacibliyini artıran bir amil kimi qiymətləndirilir.
 

Google+ WhatsApp ok.ru