Netanyahu Hizbullaha görə Livanla yaxınlaşmağın mümkünsüzlüyünü etiraf etdi

Netanyahu Hizbullaha görə Livanla yaxınlaşmağın mümkünsüzlüyünü etiraf etdi

İsrail rejiminin baş naziri BƏƏ ilə razılaşmasını təsdiqləyən parlamentin iclasında Hizbullahın Livanda olduğu müddətdə bu ölkə ilə barışıq razılaşmasının mümkün olmayacağını söyləyib.  

 
Netanyahu BƏƏ ilə münaaibətlərin yaxşılaşdırılması müqaviləsi ilə əlaqədar bu gün (15 oktyabr) Knessetin iclasında çıxış edib.  
 
Qüds Xəbər Agentliyinin məlumatına görə, Netanyahu çıxışında bunları deyib:
 
“Hizbullah Livanda olduğu müddətə qədər bu ölkə ilə sülh razılaşması olmayacaq”.  
 
Netanyahu həmçinin qeyd edib ki, BƏƏ ilə sülh müqaviləsində gizli bəndlər yoxdur.  
 
Əl-Cəzirə telekanalının məlumatına görə, Netanyahu görüşdə, həmçinin bunları deyib: “Bir neçə ərəb-İslam ölkəsi, kiber təhlükəsizlik sahəsindəki gücümüzə görə bizə yaxınlaşmaq istəyir.  
 
Fələstinlilər bir neçə barışıq planını rədd etdilər. Fələstinin vetosunun qaldırılmasını gözləsəydik, ərəb dünyası ilə barışmazdıq”.  
 
Qeyd edək ki, İsrail rejiminin BƏƏ ilə barışıq müqaviləsinin Knessetdə təsdiqlənməsi planlaşdırılır. Nazirlər kabineti müqaviləni keçən həftənin bazar ertəsi günü təsdiqləyib.  /deyerler.org
 

Google+ WhatsApp ok.ru