Netanyahu ilə Sisinin gizli görüşü iddia edilib: Qəzzanı müzakirə ediblər

Netanyahu ilə Sisinin gizli görüşü iddia edilib: Qəzzanı müzakirə ediblər

İşğalçı İsrail rejiminin baş naziri Binyamin Netanyahu ilə Misir  prezidenti Abdulfəttah əs-Sisinin paytaxt Qahirədə gizli görüş keçirdikləri iddia edilib. 
 
Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki, işğalçı rejimin "Kanal 10" televiziyasının verdiyi xəbərdə, Netanyahu ilə Sisi, Qəzzada uzunmüddətli atəşkəs mövzusunu müzakirə etmək üçün, mayın 22-də gizli görüş keçirib. Netanyahu məsləhətçiləri və xüsusi mühafizəçilərindən ibarət bir qrupla,  özəl təyyarə ilə getdiyi Qahirədə bir neçə saat qaldığı və sonra Tel-Əvivə  döndüyü bildirildi.
 
Görüşdə ikilinin Qəzzadakı vəziyyət, əsir əskərlər, infrastruktur işlərinin artırılması üçün tədbir görülməsi, atəşkəs, Fələstin rəhbərliyinin Qəzzada rəhbərliyi ələ alması, blokadanın   zəiflədilməsi və "yüzilin anlaşması" mövzularını müzakirələr aparıldığı deyilir. 
 
Misir və İsrail yetkililəri  bu iddialarla bağlı hələ heç bir açıqlama verilməyib.
 
Sisi və Netanyahu daha öncə bir dəfə 2017- ci ilin sentyabr ayında BMT-nin  Baş Assambleyası toplantısında ABŞ-ın Nyu York şəhərində görüşüb. 
 

Google+ WhatsApp ok.ru