Netanyahu konqresmenlər qarşısında çətin vəziyyətə düşüb

İsrailin rejiminin baş naziri Binyamin Netanyahu ABŞ Konqresinin üzvləri qarşısında çıxışı zamanı İranın nüvə probleminin nizamlanmasının alternativ variantını təklif etməyib.
 
Maide.az xəbər verir ki, bu barədə Ağ Evin  adı çəkilməyən nümayəndəsi bildirib.    
 
“İrandan sadəcə kapitulyasiya tələb etmək – bu plan deyil, biz bu cür mövqedən çıxış etsək heç bir ölkə bizi dəstəkləməz. Baş nazir konkret addımlarla bağlı heç bir plan açıqlamadı”, deyə məmur bildirib.
 
“Netanyahunun çıxışının mahiyyəti nüvə probleminin nizamlanmasının zəruriliyindən yox, yalnız hakimiyyətin devrilməsindən ibarət olub”, deyə Ağ Ev nümayəndəsi bildirib.   
 
Netanyahu ABŞ Konqresində çıxışı zamanı “altılıq” – İran danışıqlarının gedişatının onu qane etmədiyini bildirib.

Google+ WhatsApp ok.ru