Netanyahunun Afrika səfərinin məqsədi nədir?

Netanyahunun Afrika səfərinin məqsədi nədir?

Qəsbkar İsrail rejiminin baş naziri Binyamin Netanyahunun Keniya və Uqanda kimi bir çox Afrika ölkəsini ziyarət edəcəyi bildirilib.  

30 ildən sonra Binyamin Netanyahunun ilk dəfə şərqi Afrika ölkələrinə etdiyi səfərlərin ikitərəfli əlaqələri canlandırmaq və qorumaq məqsədilə həyata keçirildiyi açıqlanıb. Ancaq səfərə dair aparılan analiz və şərhlərdə İsrail rejiminin Afrika ölkələrinə qarşı silah satışını artırmaq istədiyi qeyd edilib. Səfərlərə dair sionist rejimin baş naziri Binyamin Netanyahu "Afrika ilə münasibətimizdə mühüm addımlar atmağı bacarmışıq və dünyanı terror təhlükəsinə qarşı müdafiə etmək üçün bu addımlar xüsusi əhəmiyyətə malikdir", deyib. Binyamin Netanyahunun sözlərini dəyərləndirən bir çox təhlilçi və jurnalist, İsrailin terror haqqında danışacaq son ölkə olduğunu bildirərək Afrika səfərini qınadıqlarını bildirdilər.

Uqandalı siyasətçi və analitik Cansun Semakanda İsrail rejiminin baş nazirinin hansı üzlə Afrikaya səfərə gəldiyini deyən "Sionist İsrail rejimi terror haqqında danışacaq son ölkədir. Fələstində bu rejimin əxlaqsız hücumlarına hamımız şahidik", sözlərini dilə gətirib.

Həmçinin 2012 və 2013-ci illərdə İsrailin Afrikaya silah ixracının iki dəfə artdığı, 2014-cü il ilə birlikdə bu nisbətin 40%-ə çatdığına işarə edilib. Digər bir həssas nöqtəni isə bu silah ixracının Uqanda hökumətinə, ya da ölkə daxilindəki müxalif qruplara göndərildiyinə dair hər hansı bir məlumatın olmaması olduğu bildirilib.

Bu mənada analitik Nikola Upu "Uzun zamandır İsrail ilə Uqanda arasında somalili və cibutili qaçqınlar vasitəsilı silah satışı aparılır", deyə qeyd edib.

Eyni zamanda Beynəlxalq Stokholm Sülh Təşkilatı İsrailin təqaüdçü ordu nümayəndələri və vətəndaşlar vasitəsilə silah satışı həyata keçirdiyini, ancaq bu vaxta qədər baş verən silahsatışları ilə bağlı hər hansı bir hesabat və sənəd onlara təqdim olunmadığını bildirib.

Bir çox mütəxəssis və analitik isə Afrikadakı iğtişaşlar və xaosun İsrailin Afrikaya müdaxiləsi səbəbindən baş verdiyinə işarə edərək, "Dünya İsrail rejiminin Afrikaya göndərdiyi silahlardan xəbərsizdir və bu silahlar "Boko Haram" kimi terror təşkilatlarının əlinə keçir", deyə bildirib. (eastnews)

Google+ WhatsApp ok.ru