Netanyahunun bu karikaturası geniş müzakirələrə səbəb olub

İsrailli sənət adamı Amos Biderman Sionist Rejimin baş nazirini terrorçuların yerində təsvir edib.

İsrailli incəsənət xadimlərindən biri son günlər İsrail-ABŞ münasibətlərindəki gərginliyə işarə edən maraqlı karikatura çəkib.

İnterAz-ın məlumatına görə, rəssam Amos Biderman 2001-ci ildə Nyu-Yorkda baş verən 11 sentyabr hadisələrindən ilhamlanaraq gərgin olan İsrail-ABŞ münasibətlərini təsvir edib.

Geniş müzakirələrə səbəb olan karikaturada Sionist rejimin baş naziri Benyamin Netanyahu əkiz qüllələrə çırpılan təyyarənin pilotu kimi təsvir edilir.

Çəkdiyi şəkli “twitter”də paylaşan Amos Biderman yazıb ki, Netanyahunun tutduğu xudbin mövqe yalnız İsrail-ABŞ münasibətlərinin pozulmasına xidmət edir.

Karikaturaçı öz əsərini rejimin nüfuzlu “Haaretz” qəzetində dərc etdikdən sonra  qəzetə bununla bağlı müsahibə də verib.

Rəssam müsahibəsində bildirib ki, onun kimisə təhqir etmək niyyəti olmayıb və 11 sentyabr hadisələrinin ABŞ ictimaiyyəti üçün nə dərəcədə həssas məsələ olmasını dərk etməyib.

Xatırladaq ki, bu karikaturanın yayılmasından bir neçə gün öncə adı açıqlanmayan ABŞ rəsmilərindən biri Benyamin Netanyahunu “toyuq peyini” adlandırmışdı. /

 

 

 

Google+ WhatsApp ok.ru