Netanyahunun həbsinə dair qətnamə dəstəkləndi

Böyük Britaniya parlamentinin rəsmi internet sahifəsindəki müraciətlər bölməsinə yerləşdirilən işğalçı İsrailinqondarma baş naziri sionist, uşaq qatili Benyamin Netanyahunun həbsinə dair qətnamə layihəsinə 48 mindən çox insan dəstək verib.
Qətnamə müəllifləri bildirir ki 2014-cü ildə Qəzza zolağında iki mindən çox insanın ölümündən bilavasitə Netanyahu cavabdehdir və bu səbəbdən o həbs olunmalıdır.
Qaydalara əsasən, 10 mindən çox insanın dəstəklədiyi hər bir sənəd britaniyanin rəsmi orqanları tərəfindən diqqətə alınır.
Xatırladaq ki, 2014-cü ildə 50 gün davam edən hərbi əməliyyatlar nəticəsində Fələstin tərəfdən 1462-si mülki vətəndaş olmaqla 2251 nəfər, İsrail tərəfdən isə, 6-sı mülki vətəndaş olmaqla 73 nəfər öldürülmüşdü. /
 

Google+ WhatsApp ok.ru