Netanyahunun həbsi üçün imza toplanır

Böyük Britaniyada İsrail rejiminin baş naziri Benyamin Netanyahunun həbsini tələb edən petisiyanı 107 min nəfər imzalayıb

Böyük Britaniyada İsrail rejiminin baş naziri Benyamin Netanyahunun həbsini tələb edən petisiyanı 107 min nəfər imzalayıb.
 
Maide.az xəbər verir ki, Benyamin Netanyahu Britaniyaya bu həftə səfərə gəlir və o, həmkarı Kameronla görüşməlidir.
 
Rəsmi London isə bildirib ki, ölkəyə səfər edən ölkə başçıları toxunulmazlıq statusuna malikdirlər və həbs edilə bilməzlər.
 
Lakin petisiyanı imzalyanların fikrincə, Netanyahu 2014-cü ildə 2 min insanın qətliamına görə müharibə canisi kimi həbs edilməlidir.
 
Parlament 100 min imzanı keçən bütün petisiyalara baxmağa borcludur.
 
Xatırladaq ki, 2014-cü ildə İsrail rejiminin zərbələri nəticəsində 2100 fələstinli həlak olub.
 
Bundan iki ay sonra Britaniya parlamenti Fələstin dövlətinin tanınması barədə qanunu qəbul edib.

Google+ WhatsApp ok.ru