Netanyahunun İran paranoyası bitmir

İsrail rejiminin baş naziri Binyamin Netanyahu nüvə gücünə sahib İranın İsrailə İŞİD-dən daha təhlükəli olduğunu deyib.
 
Maide.az-ın məlumatına görə, Netanyahu yazılı açıqlamasında, "İran nüvə proqramında beynəlxalq bir razılıq əldə edəcəyi halda, çox qısa müddətdə nüvə bombası hazırlamaq ehtimalı var. Nüvə gücünə sahib İran İsrailə İŞİDdən daha təhlükəlidir", - deyib.
 
İran ilə 5+1 ölkələri arasında İsveçrənin Cenevrə şəhərində 24 noyabr 2013-cü il tarixində keçirilən müzakirələrdə keçici razılaşma əldə edilmiş və bu razılaşmaya uyğun olaraq tərəflər arasında 20 iyul 2014-cü ilə qədər genuş bir razılaşma imzalanması nəzərdə tutulmuşdu. Ancaq müəyyən səbəblərdən müzakirələr 24 noyabra qədər uzadılmışdı.
 
Qeyd edək ki, İŞİD terrorçuları Suriyada yaralandıqdan sonra müalicə olunmaq üçün çox rahat şəkildə İsrail rejiminin sərhədlərini keçərək, sionist xəstəxanalarına baş vururlar. Sağaldıqdan sonra isə yenidən Suriyaya keçirlər. 

Google+ WhatsApp ok.ru