Netanyahunun və Libermanın müşaviri yandırılaraq öldürülüb

FaktXəbər-in verdiyi məlumata görə, Netanyahunun sabiq müşaviri  Donbasda öldürülüb.
 
İki həftə öncə Ukraynada Pervomaysk uğrunda  döyüşlər zamanı  «Donbas» könüllülər dəstəsi yanmış meyit aşkarlayıblar. Cəsədin üzərində №10933029 seriyalı1977-ci il təvəllüdlü Falkov Michael-ə məxsus İsrail pasportu aşkarlanıb. Bu barədə bazar ertəsi anonimlik şərtlərinə uyğun olaraq REGNUM-a məlumat ötürülüb.
 
Ukrayna Silahlı Qüvvələri  israillinin  odlu silah, yaxud qəlpə yarasından deyil, işgəncə ilə öldürüldüyünü düşünürlər.
 
Antiterror əməliyyatlar komandanlığına  bu barədə cəsəd tapılandan bir həftə sonra məlumat verilib. Ukrayna hökuməti  hadisə barədə məlumatın yayılmasına qadağa qoyurlar. Məlum olub ki, ölən şəxs adi İsrail vətəndaşı olmayıb. Yaxın keçmişdə  Mixail Falkov  hazırda  İsrail rejiminin baş naziri postunu tutan Binyamin Netanyahunun «Likud» partiyasında sədrin ştatlı müşaviri olub. Falkov bundan əvvəl sionist rejimin digər siyasətçisi, hazırdı XİN rəhbəri olan Aviqdor Libermanın  strateji müşaviri vəzifəsində çalışıb.
 
O, həmçinin rejimin daha bir nüfuzlu üzvü – iqtisadiyyat naziri Naftali Benetlə dostluq münasibətlərində olub. Hansı ki, Netanyahunun yanında işləyən Falokovun  bilavasitə  rəisi olub.
 
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hesab edir ki, bu hadisə  Təl-Əvivn Ukrayna  hadisələrinə reaksiyasında əsaslı rol oynaya bilər. Bu günə qədər İsrail Qərbin Rusiyaya qarşı sanksiyalarını dəstəkləmirdi. Lakin XİN rəhbəri Liberman  Kiyev hökuməti ilə isti münasibət saxlamaqda davam edirdi. Bu səbəbdən ukraynalı məmurlar  israilliləri inandırmağa çalışırlar ki, Falkov guya Rusiya xüsusi xidmət orqanlarının qurbanına çevrilib.
 
FaktXəbər-in verdiyi məlumata görə, Falkovun ölümü  İsrail parlamentarilərinin avqustun 19-22 tarixlərində  Ukraynanaya qəfil səfər etməsinə səbəb oldu. DİN nazirinin müavini Faina Kirşenbaum, xarici  məsələlər və müdafiə üzrə parlament komissiyasının sədri  Zeyev Elkin, deputat  Aleks Miller Kiyevə gəlir. Ukraynanın Təl-Əvivdəki səfirliyinin məlumatına görə hər üç şəxs Falvola işgüzar əlaqədə olublar.
 
Falkov  Libermanın strateji müşaviri olan vaxt Kirşenbaum onun bilavasitə rəisi olub. Ötən il aprel ayına qədər  Falkov  İsraildə rus saytlarının birinə rəhbərlik edib. Onun vəzifəsi  media bazarında  Libermanın partiyasının maraqlarına xidmət etmək olub.
 
Falkov həmçinin İsrail vətəndaşlığı olan, bu ölkədə qohumu yaşayan, yaxud daşınmaz əmlakı yerləşən Rusiya və Ukraynada olan  məmurlar barədə kompromat  məlumatların yığımı üçün bu saytdan qalxan kimi istifadə edib.
 
Bundan başqa  keçmiş Sovet İttifaqından  olan israilli məmurlar, siyasətçilər, biznesmenlər və emiqrantlarla maraqlanırdı. Falkovu məxfi məlumatları ötürənlərlə Kirşenbaum əlaqələndirirdi.
 
Netanyahunun və Libermanın keçmiş müşavirinin Donbasda qətlə yetirilməsi bir sıra sualların yaranmasına səbəb olub.
 
Birincisi, Falkov hərbi əməliyyatlar olan bölgəyə öz istəyi ilə gəlib, yoxsa keçmş rəhbərləri tərəfindən göndərilib?
 
Əgər ikinci variantdırsa, onda hansı məqsədlərlə gedibmiş?
 
Buradan da Təl-Əvivin  Ukrayna münaqişəsində marağı barədə sual ortaya çıxır.
 
Bir neçə il öncə deputat Elkin  Federasiya Şurasından olan həmkarına  bildirmişdi ki, Falkovun arxivində  minlərlə  rusdilli israilli, həmçinin  yüzlərlə  rus və ukraynalı məmurlar, biznesmenlər barədə papkalar var.
 
Maraqlıdır, Falkovun ölümündən sonra bu materiallar harada və kimlər tərəfindən üzə çıxarılacaq.

Google+ WhatsApp ok.ru