Netanyahunun çıxışı knesset üzvləri tərəfindən rişxəndlə qarşılanıb

Maide.az-ın məlumatına görə, sionist rejim baş naziriBenyamin Netanyahu yeni nazirlər kabinetinin inauqurasiya mərasimində iddia edib ki, başçılıq etdiyi nazirlər kabineti sülhün bərqərar edilməsi yolunda addımlayacaq. Netanyahunun şəxsi və başçılıq etdiyi nazirlər kabinetinin ifratçı mövqeyi ilə zidd olan bu sözləri knesset üzvləri tərəfindən rişxəndlə qarşılanıb. 
 
Knessetin ərəb üzvləri Netanyahunun çıxışı zamanı onun seçkiöncəsi təbliğatlar zamanı etdiyi çıxışın audio yazısını yayımlayıblar. Netanyahu həmin çıxışı zamanı sionistləri 1948-ci ildə işğal edilmiş Fələstin ərazilərində yaşayan fələstinlilər əleyhinə təhrik və ərəbləri təhqir edir.
 

Google+ WhatsApp ok.ru