Netanyahu seçkiləri qazanmaq üçün Xan əl-Əhmər kəndini sökməyi planlaşdırır

Netanyahu seçkiləri qazanmaq üçün Xan əl-Əhmər kəndini sökməyi planlaşdırır

Fələstinin işğal olunmuş ərazisində işğalçı rejim tərəfindən keçiriləcək parlament seçkilərinə bir neçə həftə qalmış Baş nazir Benyamin Netanyahu Fələstinin Xan əl-Əhmər kəndini dağıtmaqda qərarlı olduğunu açıqlayıb.
 
Maide.Az "Felestin.info"a istinadla xəbər verir ki, bu barədə o, ötən ay jurnalistlərlə xüsusi görüşündə məlumat verib.
 
İşğalçı rejim İsrail mediasının yazdığına görə, Netanyahu bədəvi icmasının yaşadığı kəndi dağıtmağı öz seçki kampaniyası üçün əhəmiyyətli addım hesab edir və buna nail olacağı təqdirdə seçkilərdə qələbə qazanacağına inanır. Bu səbəbdən aprelin 9-da keçiriləcək Knesset seçkilərinədək kəndi sökmək üçün əlindən gələni edəcəyini açıqlayıb.
 
İsrail rejimi Qüds şəhərilə Ölü dəniz arasındakı magstralın kənarında salınmış Xan əl-Əhmər kəndini qanunsuz hesab edir. Rejim kəndin yerləşdiyi ərazi də daxil olmaqla bu bölgədə bir neçə yəhudi məskəni inşa edərək Kəfr-Adumim və Maale-Adumim yəhudi qəsəbələrini birləşdirməyi planlaşdırır. Bu isə Şərqi Qüdsün genişləndirilməsi planına xidmət edəcək. Beləliklə Qüds şəhərində miqrant yəhudilərin fələstinlilərə nisbətən say çoxluğu təmin edilmiş olacaq.
 

Google+ WhatsApp ok.ru