Netanyahu və Salman gizli görüşüb

Netanyahu və Salman gizli görüşüb

-- İordaniyada

İsrailin baş naziri Binyamin Netanyahu və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın İordaniyada gizli görüşdükləri iddia edilib.
 
Maide.Az TRT-yə istinadən xəbər verir ki, bu barədə İsrailin “Maariv” qəzeti yazıb.
 
Məlumata görə, Netanyahu və Salman İordaniyanın paytaxtı Əmmandadakı kral sarayında görüşüb.
 
Görüş Ağ Evin baş müşaviri Cared Kuşner və ABŞ-ın Yaxın Şərqdəki nümayəndəsi Ceyson Qrinblattın ötən həftə Əmmana səfəri zamanı həyata keçirildiyi bildirilib.
 
İordaniya kralı II Abdullanın da görüşə vasitəçilik etdiyi vurğulanıb.
 

Google+ WhatsApp ok.ru