New York-da 500 min nəfərə iftar paylanacaq

New York-da 500 min nəfərə iftar paylanacaq

COVID-19 pandemiyası Nyu Yorklular üçün ən ağır sınaq oldu. Belə ki, çox sayda insan karantin səbəbindən işsiz və imkansız qalıb. 
 
Maide.Az "CNN" xəbər verir ki, çətin həyat şəraitində olan müsəlman ailələrə kömək etmək məqsədilə Nyu York hakimiyyəti yarım milyon qablaşdırılmış iftar paketi paylayacaq.
 
Nyu-York meri Bill De Blasio bildirib: "Ramazan ayının gözəl ənənələrindən biri də, ac olan hər kəsi yedizdirməkdir."
 
500.000 halal iftarın 400.000-i 435 məktəbdə, 100.000-i yerli icma təşkilatları və şorba mətbəxləri vasitəsi ilə ehtiyacı olanlara paylanılacaq.

Google+ WhatsApp ok.ru