New Yorkda 100 mindən çox şagirdin daimi evi olmadığı bildilir

New Yorkda 100 mindən çox şagirdin daimi evi olmadığı bildilir

ABŞ-ın ən böyük şəhərlərindən biri olan New Yorkda 21 sentyabrda açılması planlaşdırılan dövlət məktəblərinə gedəcək 100 mindən çox şagirdin daimi evi olmadığı bildilir. 
 
Maide.Az xəbər verir ki, “New York Times” qəzetində yer alan xəbərdə, 1 milyon 100 min şagirdlə ölkədəki ən böyük məktəb sisteminə sahib olan New Yorkdakı evsiz şagird sayının, Boston, Indianapolis və Rochester şəhərlərindəki ümumi şagirdlərin sayından çox olduğuna diqqət çəkildi.
 
Hesabatda 1930-cu illərin əvvəllərində "Böyük Depressiya" adlanan iqtisadi böhrandan bəri, Nyu-Yorkda evsizlik nisbətinin ən yüksək səviyyəyə çatdığı və evsiz əhalinin çox hissəsini uşaqlar təşkil etdiyi vurğulandı. 
132.660 evsiz insanın New York Bələdiyyəsinə məxsus sığınacaqlarda qaldığı, 2019-cu ilin məlumatlarına görə bu sayın üçdə ikisinin ailələr və 45 minini  evsiz uşaqlar təşkil edir. 
 
Real ev sahiblərinin və ya dostlarının yanında qaldıqları üçün həqiqi rəqəmlərin 45 mindən çox olduğuna diqqət çəkən xəbərdə, Nyu-Yorkda məktəb yaşında 114 min uşağın 2019-cu ildə federal qanunlar tərəfindən müəyyən edilmiş standartlara görə "evsiz" olaraq təyin olunduğu vurğulandı.
 
New York Şəhər Təhsil Şurasının məlumatına görə, son on ildə şəhərdə evsiz şagirdlərin yüzdə 70 artdığı, ancaq bu uşaqların, xüsusən Uşaq Müdafiə Xidmətləri tərəfindən ailələrindən alınma qorxusu səbəbiylə evsiz böyüklər qədər cəmiyyətdə görünmədikləri qeyd edilib. 
 
Keçən il "evsiz şagirdlərin" yüzdə 43-ü mütəmadi olaraq məktəbə getmədi, bir çoxu çətin şərtlərdə müvəqqəti yerlərdə, məktəbdən uzaqda qaldı.
 
ABŞ-dakı məktəblərdən toplanan məlumatlara görə, 2004-2005-ci tədris ilində 650,000 olan ölkə daxilində evsiz şagird sayı, 2017-2018-ci tədris ilində 1,5 milyona yüksəldi.  /anadolu/
 

Google+ WhatsApp ok.ru