Neyanyahu İsrail rejiminin İraq və Yəmənə müdaxilə edəcəyi barədə mesaj verdi

Neyanyahu İsrail rejiminin İraq və Yəmənə müdaxilə edəcəyi barədə mesaj verdi

Son günlər korrupsiya ittihamlarıyla gündəmdə olan İsrail rejiminin baş naziri Binyamin Netanyahu, İsrail rejiminin İraq və Yəmənə müdaxilə edəcəyi barədə mesaj verib.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Netanyahu sonuncu bəyanatında yenə İranı hədəfə alıb.
 
İranı İsrail rejiminə qarşı hücumlar planlaşdırmaqda ittiham edən Netanyahu, belə deyib: “İranın bölgəmizə və bizə qarşı təcavüzkarlığı davam edir”.
 
İşğal altındakı Qolan yüksəklikləri haqqında da danışan Netanyahu, belə deyib: “İranın bura girməsinin qarşısını almaq üçün lazım olan bütün tədbirləri görürük. Bu istər havadan, istər sə də qurudan olsun, ölümcül silahların İrandan Suriyaya nəqlinin qarşısını almaq üçün lazım olan fəaliyyəti ehtiva edir”.
 
İsrail rejiminin İraq və Yəmənə müdaxilə edəcəyi barədə mesaj verən Netanyahu, sözlərinə belə davam edib: “İranın İraq və Yəməni raket buraxma bazasına çevirmək cəhdlərinin qarşısını almaq üçün tədbirlər görəcəyik”.
 
Netanyahunun bu açıqlaması ABŞ ordusunun baş qərargah rəisi Mark Milli və sionist həmkarı Aviv Kohavi ilə görüşündən sonra olub.
 

Google+ WhatsApp ok.ru