Neymar azarkeşi vurduğu üçün 3 oyunluq cəzalanıb

Neymar azarkeşi vurduğu üçün 3 oyunluq cəzalanıb

Fransa Futbol Federasiyası PSJ komandasının hücumçusu Neymarı 3 oyunluq cəzalandırıb.

"Report"un məlumatına görə, buna səbəb 27 yaşlı forvardın ölkə kubokunun finalında "Renn" komandası ilə matçda azarkeşi vurmasıdır.

Qeyd edək ki, "Renn" - PSJ matçının əsas və əlavə vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Penalti zərbələrində isə "Renn" 6:5 hesabı ilə qələbə qazanıb. Neymar daha öncə Çempionlar Liqasının 1/8 finalında evdə İngiltərə "Mançester Yunayted"i ilə görüşdən (1:3)  sonra hakimi təhqir etdiyi üçün UEFA tərəfindən də 3 oyunluq cəzaya məruz qalıb.

Google+ WhatsApp ok.ru