Neymar Braziliya millisi ilə ən çox qol vuran futbolçuların siyahısında Ronaldonu keçib

Neymar Braziliya millisi ilə ən çox qol vuran futbolçuların siyahısında Ronaldonu keçib

Braziliya millisinin tarixində ən çox qol vuran futbolçuların siyahısında dəyişiklik olub.

 
Apasport.az saytının məlumatına görə, DÇ-2022-nin seçmə mərhələsinin Cənubi Amerika zonasının II turunda Peru (4:2) yığmasının qapısına 3 top vuran Neymar Ronaldonu keçib.
 
2-ci pilləyə yüksələn PSJ-nin forvardı millidəki qol sayını 64-ə çatdırıb. “Yekədiş”in aktivində isə 62 qol var.
 
Bombardirlər siyahısına isə Pele başçılıq edir. Onun aktivində 77 top var. Neymar rekordçunu arxada qoymaq imkanlarına malikdir.
 

Google+ WhatsApp ok.ru