Neymar həbs oluna bilər

Neymar həbs oluna bilər

Braziliya milli komandasının və Fransanın PSJ klubunun futbolçusu Neymar həbs oluna bilər.
 
Maide.Az "Report"a istinadən xəbər verir ki, İspaniya məhkəməsi 26 yaşlı hücumçunun 2013-cu ildə Braziliyanın "Santos" klubundan İspaniya "Barselona"sına keçidini araşdırır.
 
Neymarın məhkəmə prosesində klubun prezidenti Josef Bartomey, onun sələfi Sandro Rosel və futbolçunun ailə üzvləri iştirak ediblər.
 
Futbolçunun Kataloniya klubuna keçidi rəsmi sənədlərdə 40 milyon avro göstərilib. Lakin klubun prezidenti Josef Bartomey braziliyalı oyunçuya görə daha böyük məbləğ ödənildiyini deyib.
 
Məhkəmə futbolçunun hüquqlarının bir hissəsinə sahib olan investisiya şirkəti DIS-in şikayətindən sonra başlayıb. "Barselona" Neymarın transfer məbləğinin 57.1 milyon avroya çatdığını bildirib. Məbləğin 40 milyon avrosu onun ailəsinə, 17.1 milyonu isə "Santos" və DIS şirkətinə çatıb. İspaniya məhkəməsi isə keçidin 83 milyon avroya başa gəldiyini təyin edib.
 
Qeyd edək ki, Neymar 2017-ci ilin yayında 222 milyon avro qarşılığında İspaniya "Barselona"sından PSJ-yə keçib.
 
Maide.Az

Google+ WhatsApp ok.ru