İnfaq malın artması və günahların bağışlanmasına səbəb olur

İnfaq malın artması və günahların bağışlanmasına səbəb olur

Dəryadan bir damla

Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 268-ci ayəsində buyurur:

الشَّيْطَانُ يَعِدُكُمُ الْفَقْرَ وَيَأْمُرُكُم بِالْفَحْشَاء وَاللّهُ يَعِدُكُم مَّغْفِرَةً مِّنْهُ وَفَضْلاً وَاللّهُ وَاسِعٌ عَلِيمٌ

Şeytan (infaq zamanı) sizi fəqirlik yoxsulluqla qorxudaraq çirkin işlərə çağırır. Allah isə Öz tərəfindən sizə bağışlanma xeyir-bərəkət vədi verir. Allah vüsətbəxş biləndir.”

İnfaq zamanı Şeytan insanın sorağına gəlir və təlqin edir ki, bu gün infaq etsən, sabah özün fəqir olacaqsan. İnsana təlqin olunur ki, bu gün infaq etməyib toplasın, qocalıq və xəstəlik zamanı özünə xərcləsin – bütün bunlar şeytani təlqinlər və vədlərdir.

Qiyamət günü ilahi mərhəmətə ehtiyacımız bu mərhəmətə dünyadakı ehtiyacımızdan qat-qat artıqdır. Məbada dünya həyatındakı rifah fikri ilə Allahın mərhəmətini əldən verək. Çünki:

Əvvəla, insan qocalıb ehtiyaclı olmaya da bilər, amma qiyamətdəki ehtiyac qətidir.

İkincisi, bu gün sabah üçün topladığınız mal əldən çıxa da bilər. Amma bugünkü infaq qiyamət günü üçün qorunub-saxlanılır.

Üçüncü, bu gün topladığımız maldan qocalıq vaxtı faydalanmaya da bilərik. Amma bugünkü infaqdan qiyamət günü hökmən səmərə götürəsiyik.

Dördüncüsü, insanın topladığı maldan qocalıq zamanı istifadəsi müvəqqətidir. Amma qiyamətdə infaqdan bəhrələnmə insan üçün əbədidir. (“Təfsiri-Fəxr-Razi”.)

Bildirişlər

1. Şeytan insanı sevdiyi şeyləri infaq etməkdən çəkindirir.

2. İnsanın xəsisliyi fəqirləri günaha və çirkin işlərə sövq edir.

3. İnsan Allah və ya şeytan yolunu seçməkdə azaddır.

4. İnsanı infaqdan çəkindirən və gələcəkdəki ehtiyaclarla qorxudan, eləcə də günaha həvəsləndirən ətrafdakılar şeytandırlar.

5. Fəqirlik və günah arasında əlaqə var. Bir çox günahların səbəbi fəqirlik qorxusudur.

6. İnfaq edilməməsi və ya xoşagəlməz şeylərin infaq edilməsi çirkinlik və günah nümunələrindəndir.

7. İnfaq malı artırır və günahların bağışlanmasına səbəb olur.

8. İnfaqın maneələri və şeytani düşüncələrlə mübarizə aparın. Fəqirlik qorxusu zamanı Allahın fəzl və lütfünü yada salın.

9. Sizi darbaxışlılıq, qorxu və mənfi təsirlərə məruz qoyan düşüncələr və xəyallar şeytanidir. Sizi hərəkətə gətirən, yaxşı işlərə həvəsləndirən düşüncələr isə ilahidir. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 1-ci cild, “Bəqərə” surəsi, 268-ci ayənin təfsiri.)

Maide.az

Google+ WhatsApp ok.ru