İnfarktın yaşı cavanlaşıb

İnfarktın yaşı cavanlaşıb

Bu gün dünyada ən geniş yayılan xəstəliklərdən biri də ürək infarktıdır.
 
Maide.Az "Sputnik"ə istinadla xəbər verir ki, ekspertlər digər xəstəliklərdə olduğu kimi ürək infarktında da rəqəmlərin artdığını bildirərək digər nüanslara toxunublar: "Təəssüflər olsun ki, bu xəstəliyin yaşı daha da cavanlaşıb. Bu gün 20 yaşlı elə xəstələr var ki, onlar da bu bəlada əziyyət çəkirlər".
 
Bu riskdən sığortalanmaq üçün zamanında həkimə müraciət etmək tövsiyə olunur: "Ürəkdə yanma, sıxılma, ağrı varsa, hətta bu ağrıları sol qolunuzda da hiss edirsinizsə, mütləq həkimə müraciət edin".
 
 
 
 

Google+ WhatsApp ok.ru