İnfeksiyaların müalicəsinin yeni üsulu kəşf edildi

Alimlər antibiotik xüsusiyyətli bir növ yapışqan hazırlayıblar ki, antibiotiklərdən istifadənin yayılması və eləcədə ona müqavimət faktı nəzərə alınaraq, bu üsul bir çox infeksiyaların effektli müalicəsinə kömək edə bilər.
 
Maide.az  xəbər verir ki, yara yapışqanının ən əsas funksiyalarından biri, yara səthinin örtülməsi və yaranın daxilinə müxtəlif infeksiyaların nüfuz etməsinin qarşısının alınmasıdır. Bununla belə, həmin yapışqan üçün digər funksiyalar da müəyyən edilə bilər.  
 
Bu sahədə aparılan yeni araşdırma onu göstərir ki, dərmana davamlı bakteriyaların böyük bir qismini məhv etmək üçün elektrik stimullaşdırılmasını tətbiq etməklə, kəskin infeksiyaların müalicəsini sürətləndirmək olar.
 
Bir neçə ay əvvəl aparılan tədqiqatın nəticələri göstərir ki, elektrik stimullaşdırma daha çox qan damarlarının yaranmasına və nəticədə, infeksiya sahəsinə daha çox qan daxil olmasına və beləliklə də bu, xəstəliyin daha tez sağalmasına səbəb olur.
 
Bununla belə, bir qrup alim hesab edirdi ki, elektrik stimullaşdırmanın yüksək effektivliyinin səbəblərindən biri də elektrik cərəyanı vasitəsilə elektro-kimyəvi reaksiyadır. Bu tədqiqat qrupu belə bir nəticəyə gəlib ki, həmin proses zamanı elektrodun səthində hidrogen peroksit yaranır ki, bu maddə təbii olaraq, dezinfeksiyada mühüm rol alır.
 
Tədqiqat qrupu daha sonra elektrik cərəyanını dərmana davamlı bakteriyalardan ibarət nazik bir qat üzərində tətbir edib. Bu cərəyan ətraflardakı sağlam səth üzərinə heç bir təsir göstərmədən bütün bakteriyaları 24 saat ərzində məhv edə bilib.  /

Google+ WhatsApp ok.ru