İngilis müsəlmanları haqqında tədqiqat nəticələri açıqlanıb

İngilis müsəlmanları haqqında tədqiqat nəticələri açıqlanıb

İngilis müsəlmanları haqqında akademik tədqiqat nəticələri açıqlanıb . 
 
Maide.Az "Mirage News"a istinadla xəbər verir ki, tədqiqatçıları hesab edirlər ki, İngiltərə hökumətinin antiterror strategiyaları müsəlmanlarla bağlı mənfi stereotipləri gücləndirir.
 
İngiltərənin 132 universitetindən 2022 tələbə arasında aparılan bir araşdırma, hökumətin antiterror yanaşmasını qəbul edən tələbələrin İslam və müsəlmanlara mənfi baxışlarının daha yüksək olduğunu göstərdi. 
 
Bundan əlavə, sorğuda iştirak edən tələbələrin 50% -dən çoxu İslam dininə dair biliklərinin məhdud olduğunu etiraf etdilər. Tələbələrin 70% -dən çoxu müsəlmanların İngiltərəyə dəyərli bir töhfə verdiyi, 85% -i müsəlmanların çoxunun yaxşı insanlar olduğu fikrindədirlər.
 
Hesabatda Ali Təhsil sektorunda müsəlmanlara və digər azlıqlara güc verməsi, İslama və müsəlmanlara hörmət edilməsi üçün tövsiyə edilir.  Bundan başqa ali təhsil müəssisələrinə müsəlman universitetləri ilə kolleclər arasında möhkəm əlaqə yaratmağı tövsiyə olunur.
 

 

Google+ WhatsApp ok.ru