İngiltərə Bəhreyn rejiminin başçısının xətrinə dəyib

Hökumətin cinayətləri beynəlxalq məhkəmələrə çıxarılacaq

Maide.az məlumat verir ki, Bəhreyn əmri İngiltərəyə etiraz edib. Buna səbəb onun oğulunun toxunulmazlığının müxaliflərə edilən işgəncələrdə rolunun olmasına görə İngiltərə Ali Məhkəməsi tərəfindən ləğvi qərarıdır. 
 
Bundan əvvəl isə Beynəlxalq Müharibə Cinayətlərini Müşahidə Birliyi Bəhreyn rəhbərliyini öz vətəndaşlarına işgəncə verdiyini açıqlayıb və hətta öz vətəndaşlarına işgəncə vermək üçün ingilis işgəncəçilərdən istifadə etdiyini açıqlamışdı.
 
Birliyin rəhbəri Luai Dib Bəhreyn rəhbərliyinin xalqa qarşı cinayətləri ört-basdır etməyə çalışdığını deyərək, "Bəhreyndə aralarında ingilislərin də olduğu müxtəlif Avropa ölkələrinə mənsub şəxslər var və bunlar bəhreynlilərə işgəncə verirlər" söyləyib.
 
Bəhreynli səlahiyyətlilərin vətəndaşlarına qarşı cinayətləri gizləməyə çalışdığını deyən Fələstin mənşəli insan haqları fəalı Luai Dib bir çox təşkilatın törədilən cinayətləri isbat etmək üçün sənədlər toplamağa çalışdığını söyləyərək, lazımlı dəlillər toplandıqdan sonra törədilən cinayətlərin məsullarının cəzalandırılması üçün bu sənədlərin beynəlxalq məhkəmələrə təslim ediləcəyini deyib.
 
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmrliklərinin hərbi müdaxiləsinə də toxunan Dib, "Bəhreynli səlahiyyətlilər xarici işğalçı qüvvələrin əmrlərini yerinə yetirir. Bəhreyn hazırda işğal altında olan bir ölkədir. Beynəlxalq müqavilələrə görə, Bəhreyndəki xarici qüvvələr işğalçıdır və Bəhreyndəki hadisələrin məsuliyyətini bu qüvvələrin boynuna götürməsi lazımdır" söyləyib.

Google+ WhatsApp ok.ru