İngiltərə parlamentində bomba həyəcanı

İngiltərə parlament binasının bir hissəsi "bomba şübhəsi" ilə təxliyə olundu, - “Ajanshaber”.
 
İngiltərə parlamentinin deputat otaqlarının olduğu “Portcullis House” binası bomba şübhəsi ilə təcili olaraq boşaldılıb. Polisin verdiyi məlumata görə, binanın içərisində şübhəli bağlama tapılıb. Bundan sonra binaya giriş dayandırılaraq bina boşaldılıb.
 
"Bağlamanın şübhəsi aradan qaldırıldı və həyat normal vəziyyətə qayıtdı", - deyə əməliyyat-axtarış tədbirlərindən sonra polis rəsmiləri bildirib.
 
İngiltərədə Portcullis House tarixən parlament binası sayılır və Big Ben saat qülləsinin yanında yerləşir. Temza çayı sahilində yerləşən binanı və ətraf əraziləri hər gün minlərlə turist ziyarət edir.deyerler/

Google+ WhatsApp ok.ru