İngiltərə yəhudiləri Netanyahunun həbs olunmasını istəyir-VİDEO

* Video əlavə olunub 
 
Sionist rejim baş nazirinin İngiltərəyə səfəri etirazlarla qarşılanıb. Bir qrup İngiltərə yəhudisi sionist rejim əleyhinə çıxışlar edib və Netanyahunun həbs olunmasını istəyiblər.
Maide.az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki,  İngiltərə vətəndaşları, o cümlədən siyasətçilər və yəhudilər  bu gün çərşənbə günü sionist rejim baş naziri Benyamin Netanyahunun Londona daxil olması ilə eyni zamanda İngiltərə hökumətinin Daninq Streetdəki qərargahı qarşısında etiraz aksiyası keçirib. 
Etirazçılar Netanyahunun İngiltərəyə səfərinə qarşı plakatlar daşıyıb, "Netanyahu Londonda olmamalıdır və müharibə cinayətkarıdır". 
Etirazçılar şüarlar veriblər: "Netanyahu rədd ol; miqrantlar daxil olun", "Qəzzəni unutmayaq" və "Qəzzə heç vaxt ağlama, biz səni məhv olmağa qoymarıq". 
Həmçinin İngiltərə anti-müharibə koalisiyası İngiltərə hökumətinin İsraillə bütün əlaqələrini dondurmasını istəyib. /

Google+ WhatsApp ok.ru