İngiltərədə küləyin köməyi ilə mərkəzdən avtoqol qeydə alınıb - VİDEO

İngiltərənin aşağı liqalarından birində keçirilən futbol matçı zamanı top güclü küləyin köməyi ilə tora daxil olub. Kuryoz olay "Romford"la "Tarrok" komandaları arasındakı görüşdə baş verib. 
"Tarrok"un müdafiəçisi Kamarl Dankan topa zərbə endirərək, göyə qaldırıb. Top trayektoriyasını kəskin surətdə dəyişərək, meydanın mərkəzi üzərindən fırlanıb və elə bu komandanın qapıçısının başı üzərindən hədəfə düşüb. 
Qeyd edək ki, matç 1:1 hesablı heç-heçə ilə nəticələnib. (report)

Google+ WhatsApp ok.ru