İngiltərəli müsəlman xanım Suriya haqqında kitab oxuduğu üçün polis tərəfindən saxlanıldı

İngiltərəli müsəlman xanım Suriya haqqında kitab oxuduğu üçün polis tərəfindən saxlanıldı

Türkiyədə istirahət etdikdən sonra İngiltərədəki evinə qayıdan 27 yaşlı müsəlman xanım Suriya haqqında kitab oxuması səbəbilə aeroportda polis tərəfindən sorğu-suala tutulub.
 
İndependent qəzetinin yazdığı xəbərə əsasən, İngiltərənin Lids şəhərində yaşayan Feyzə Şahin Tompson Aviasiya şirkətinin təyyarəsilə İngiltərəyə qayıdarkən "Syria Speaks: Art and Culture from the Frontline" adlı kitabı oxuduğu üçün təyyarənin endiyi Donkaster aeroportunda polis tərəfindən saxlanılıb. Mali Halasanın müəllifi olduğu kitab, suriyalı yazıçı və şairlərin şeir, məqalə, karikatura və mahnı sözlərindən ibarət bir kitabdır.
 
Feyzə Şahin inancı səbəbilə ayrı-seçkiliyə məruz qaldığını və çox pis rəftarla qarşılaşdığını bildirib və Tompson Aviasiya şirkəti barəsində şikayət edəcəyini deyib: "Heç bir günahım yox idi, məni elə hala salmışıdılar ki, özümü cinayətkar kimi hiss edirdim. Pasport nəzarəti məntəqəsində gözləyirdim və polisin mənə baxdığını hiss etdim. Pasport nəzarətindən keçdikdən sonra, iki polis zabiti yanıma gəldi və pasportumu yenidən göstərməyimi istədilər. Nələr baş verdiyini soruşanda, oxuduğum kitabın polisə şikayət edildiyini və terrorizm qanunu əsasında sorğu-sual ediləcəyimi bildirdilər. Kitab oxumağın insanlardan bu tərzdə şübhələnməyə necə səbəb olduğunu heç başa düşə bilmədim".
 
Tompson Aviasiya şirkətindən verilən açıqlamada isə ekipajın ehtiyat olaraq bu cür halları xəbər verməyə məcbur olduğunu iddia edərək, üzr istəməkdən imtina edib. (deyerler) /

Google+ WhatsApp ok.ru