İngiltərədə oğlan uşaqlarına qoyulan ən populyar ad -  'Məhəmməd'

İngiltərədə oğlan uşaqlarına qoyulan ən populyar ad - 'Məhəmməd'

London ilə Qərb Midlands bölgəsində yaşayan ailələr keçən il doğulan oğlan uşaqlarına ən çox “Məhəmməd” adını veriblər.
 
Maide.Az "َAA"-a istinadən xəbər verir ki, Birləşmiş Krallığın  Statistika İdarəsinin (ONS) “İngiltərə və Uelsdə körpə adları" adlı illik nəşrdə, 2016-cı ildə qız uşaqlarına verilən ən populyar adların "Oliver" və "Olivia"  olduğu qeyd olunub. 
 
Ötən il dünyaya gələn 5017 qıza bu ad verilib. Siyahıda daha sonra Amelia, Emily, Isla və Ava adları gəlir.  
 
Ötən il 6623 oğlan Oliver adı verilib, digər populyar adların Harri, Corc, Cek və Ceykob olduğu vurğulanıb. Ən populyar 10 oğlan uşağı adı arasında 8-ci yerdə 3908 nəfərlə “Məhəmməd” adı qərar tutub.
 
Qeyd olunub ki, bir neçə fərqli yazılışda istifadə olunan Məhəmməd adı ötən il London və Qərbi Midlands bölgəsində yaşayan ailələr üçün ən çox üstünlük təşkil edən ad olub. 
 
Britaniyanın paytaxtı Londonun 8,6 milyon əhalisi var ki, 12%-ni müsəlmanlar təşkil edir. Bu ölkədə təxminən 3 milyon müsəlman yaşayır. 

Google+ WhatsApp ok.ru